Toyların şablon ssenariləri - niyə belədir? VİDEO
Hörmətli oxucular toy mövzusuna dəfələrlə toxunmuşuq. Bu dəfə isə toyların bir birinə çox bənzəməsindən danışacağıq. Bəzən toylarda elə yeknəsəklik olur ki, sadəcə bəylə gəlinin adının fərqli olduğunu müşahidə edirsən. Maraqlısı budur ki, heç toy təşkilatçılığı ilə məşğul olan şirkətlər belə bu steriotipi yıxa bilmir.
Şablonlaşmış toy sernarisi adətən şadlıq evləri tərəfindən toy sahiblərinə təqdim olunur. Buna isə ənənəvi videoçəkiliş salonda nikah, ardından təxmini eyni mahnını oynayan bəylə gəlin rəqsi, məclisə plovun gətirilməsindən ibarət olunur. Yeganə dəyişiklik toy sahibinin imkanından asılı olaraq müğənnilərin siyahısında baş verir. Son vaxtlar toyların təşkili ilə məşğul olan şirkətlər var ki, onların missiyası toy sahibinin əvəzinə təşkilşatçı işləri görməklə yanaşı həm də qeyri adi təkliflər irəli sürmək, toyu daha maraqlı etməkdir.
Əslində toy təşkilatçılarının da təklifində yeni deyiləcək bir məqam yoxdur. Onlar deyirlər ki, bu adətən sifarişçilərin tistəyindən asılı olur. Bir çox vaxt təklif olunan yeniliklərə toy sahibləri müsbət yanaşmır. Nadir hallarda gənclər bizim cəmiyyət üçün qeyri adi sayıla biləcək təkliflərə razılıq verirlər.
Təşkilatçılar deyir ki, toyları daha cansıxıcı edən ənənələrdən biri qonaqların mikrafonla uzun uzadı təbrikləri olurdu ki yavaş-yavaş bundan imtina edirlər. Birdəki toyları daha maraqlı etmək üçün heç də kreativ idealara ehtiyac yoxdur. Qədim toy ənənələrini geri qaytarmaq özü də toyu fərqli və maraqlı edə bilər.