“Qərb Rusiyanı bütün beynəlxalq təşkilatlardan qovmalıdır”

Dünya
13:49 / 28.04.2018
4665
"Bloomberg” nəşrinin icmalçısı İlan Leyk bəyan edib ki, Rusiyanı ikinci sort ölkə saymaq lazımdır.
Sfera.az xəbər verir ki, bu haqda nəşrin saytında yazılıb.
O deyib ki, Rusiya termit kimi bütün beynəlxalq təşkilatları içdən yeyib-dağıdır:
"Bunu elə BMT-nin təhlükəsizlik şurasından gördük. Rus vetosu Suriya diktatorunu, hansı ki, öz xalqına qarşı kimyəvi silah işlədib, məsuliyyətdən qurtardı”.
Leyk hesab edir ki, Qərb Rusiyanı bütün beynəlxalq təşkilatlardan qovmalıdır.
İlqar
Sfera.az