ABŞ prezidenti Donald Trampdan İrana nüvə mesajı

Dünya
12:30 / 28.04.2018
4148
ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkellə danışıqlar zamanı İranla bağlı fikirlərini dilə gətirib.
Sfera.az xarici mediaya istinadən bildirir ki, Tramp kanslerlə danışıqda İranla nüvə sövdələşməsinin nəticəsinin yaxın zamanda bəlli olacağını bildirib:
"Bu qanlı rejimin nüvə silahına yaxınlaşa bilməyəcəyindən əmin olmalıyıq. Hazırda bu mövzuda İranla danışıqlar davam edir. İran nüvə silahını işə sala bilməyəcək".
Tramp İŞİD-lə mübarizənin sona çatdığını, İranın buradakı boşluğu öz lehinə işlətmək üçün əngəl yaradacağını bildirib.
O həmçinin, İŞİD və Suriya mövzusunda ona dəstək olan bölgədəki digər dövlətlərə minnətdarlığını bildirib.
İki Koreya liderinin dünən baş tutan görüşünü şərh edən Tramp bunları deyib:
"Bu məsələ çoxdan öz həllini tapmalı idi. Əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağıq və Koreya yarımadası nüvə silahlarından tamamilə təmizlənənə qədər təzyiqləri davam etdirəcəyik".
Tramp ABŞ-ın Qüdsdə (Yerusəlim) açılacaq yeni səfirliyindən də danışıb. O, 14 mayda baş tutacaq açılışda iştirak edə biləcəyini deyib.
Sfera.az