“Charlie Hebdo”ya terror hücumunu fransızlar maliyyələşdirib? - SENSASİYA

“Charlie Hebdo”ya terror hücumunu fransızlar maliyyələşdirib? - SENSASİYA
Fransada qalmaqallı məhkəmə prosesi davam edir.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmədə açılan həqiqətlər fransız cəmiyyətini şoka salıb.

Söhbət ölkənin  sement nəhəngi  olan " Lafarge” şirkətinin terror təşkilatlarına maliyyə dəstəyindən gedir. Məsələ ondadır ki, " Lafarge” 2010-cu ildə Suriyanın şimal-şərqində zavod açıb. Ancaq zavodun açılışı o qədər də uğurlu vaxta düşməyib. Az zaman keçmiş burada vətəndaş müharibəsi başlayıb. Ərazilər  silahlı qruplaşmaların nəzarətinə keçib. "Lafarge” biznesi ləğv etməyərək silahlılara  rüşvət verməklə işini davam etdirib. Əvvəlcə "Ən Nüsrə” cəbhəsini, sonra isə əraziləri ələ keçirən İŞİD qruplaşmasına rüşvət verilib.

Ümumilikdə, terrorçulara 500 min avroyadək pul ayrılıb. Fransızları şoka salan odur ki, maliyyə dəstəyi hətta 2015-ci ildə də olub. Xatırlayırsınızsa, həmin il fransız satirik jurnalı "Charlie Hebdo”ya terror hücumu olmuşdu. Terrorçulara bu hücumlar üçün cəmi 82 min avro lazım olmuşdu.

"Lafarge”nin  pul ödədiyi "Ən Nüsrə” cəbhəsi "Əl-Kaida”nın bir qoludur. Hansı ki, Fransadakı terroru da məhz onlar törətmişdilər.
 
Belə çıxır ki, teror aktını fransızlar özləri maliyyələşdirib.
 
Əlbəttə, ödənişlər saxta şirkətlər vasitəsilə olub, bəlkə də sübutu çətindir. Ancaq fakt özü fransız cəmiyyətini dərindən düşünməyə vadar edir.

İlqar
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...