Əksinqilab hücuma keçir – MOSKVA İŞƏ QARIŞIR

Əksinqilab hücuma keçir – MOSKVA İŞƏ QARIŞIR
Ermənistanda siyasi vəziyyət qaynama həddinə çatıb.

Sfera.az xəbər verir ki, "Lragir”  əksinqilabın hərəkətə keçməsindən yazır.

Hakimiyyətdə olan qüvvələr təcili şəkildə  xarici işlər naziri Edvard Nalbandyanı və Armen Gevorkyanı Moskvaya göndərdilər. Prezident administrasiyasında və Lavrovla görüşlərdə söhbət xüsusi polis qüvvələrindən - KTMT-nin hansısa bölmələrindən gedib.

Eyni zamanda dünən Kremlin saytında belə informasiya getdi ki, aprelin 26-da Rusiya prezidenti Vladimir Putinlə Karen Karapetyan arasında telefon danışığı olub. Danışıq zamanı Ermənistandakı siyasi böhranın həlli yolları müzakirə edilib və bildirilib ki, nizamlanma yalnız mövcud konstitusiya çərçivəsində, 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələrinə əsasən baş verməlidir. Tərəflər həmçinin, mayın 1-nə planlaşdırılan parlament tərəfindən respublikanın baş nazirinin seçilməsinə dair məsələni xüsusi vurğulayıblar.

Karapetyan Paşinyanla görüşdən imtina edib. Öz növbəsində inqilabçı lider Karapetyanın istefaya getməsini tələb edib. Moskvanın müdaxiləsindən ehtiyyatlanan Paşinyan bəyan edib ki, əvvəlki kursa sadiq olacaq:

"Biz Rusiyaya düşmən deyilik. Heç bir geopolitik dəyişiklik olmayacaq”.

Paşinyan KTMT üzvü qalacaqlarını, sadəcə ölkəsi və "Artsax” üçün daha çox qarantiya istədiyini deyib. Bununla belə Moskvanın ona loyal yanaşacağı şübhə doğurur.
 
Paşinyan isə istirahət günləri ilə bağlı, "xalqın istirahəti üçün” mitinqlərə ara veriləcəyini söyləyib. Lakin gələn həftənin əvvəlindən kütləvi aksiyalar yenidən bərpa ediləcək. Müxalifət lideri xalqı mayın 1-də, səhər saat 8:00-da mitinqlərə çağırıb.

 İlqar
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...