Sumqayıtda FACİƏ: Gənc qadın 5-ci mərtəbədən yerə çırpıldı

Sumqayıtda FACİƏ: Gənc qadın 5-ci mərtəbədən yerə çırpıldı
Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.

Sfera.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Adı hələ ki, məlum olmayan, təqribən, 20-25 yaşlarında gənc qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb.

Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR