Tramp xüsusi prokuroru işdən çıxarmaqla hədələyir

Tramp xüsusi prokuroru işdən çıxarmaqla hədələyir
ABŞ Senatının komitəsi xüsusi prokuror Robert Müllerin işdən çıxarılmasını əngəlləyəcək qanunvericiliyi təsdiqləyib. Bu arada prezident Donald Tramp xüsusi prokurorun təhqiqatına müdaxilə edə biləcəyinə eyham vurub. Müller Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlbirlik iddialarını araşdırır.

"Onlar Birləşmiş Ştatlar prezidentinə qarşı əcinnə ovuna çıxıblar. Ədliyyə Departamentinin işindən çox məyusam”, – Tramp aprelin 26-da Fox News-un səhər proqramına telefonla müsahibəsində deyib.

Tramp deyib ki, Ədliyyə Departamentinin işinə müdaxilə etməmək mövqeyini tutub, ancaq bu mövqeyi dəyişə də bilər.

"Bunun başa çatmasını gözləyəcəyəm. Bu, tamamilə yalanlardan ibarətdir və çox dəhşətli şey baş verir. Bir məqamda fikrimi dəyişə bilərəm, çünki baş verənlər biabırçılıqdır”, – o, sözlərinə əlavə edib.

Ağ ev bir neçə dəfə bildirib ki, Trampın Mülleri işdən çıxarmağa hüququ və səlahiyyəti çatır.

Respublikaçı və Demokratlar partiyalarından konqresmenlər isə Trumpa xəbərdarlıq ediblər ki, Müller-in işdən çıxarılması konstitusiya böhranı yaradar.

Aprelin 26-da Senatın Ədliyyə Komitəsi Müller-i səbəbsiz vəzifədən kənarlaşdırılmaqdan qoruyacaq qanunu 14-7 səs çoxluğuyla qəbul edib. Komitənin aparıcı demokrat üzvü, senator Patrick Leahy tvitində yazıb ki, Trampın "bu səhər bəlağətli sözləri hüququn aliliyinə zərbə vurur”. Onun sözlərinə görə, Tramp Riçard Niksondan bəri Ədliyyə Departamentinin işinə istənilən prezidentdən artıq müdaxilə edib”.

Senat çoxluğunun lideri Mitç Makkonelin bu qanunvericiliyi Senatın tam müzakirəsinə çıxarılmasına icazə verib-verməyəcəyi bəlli deyil. Makkonelin fikrincə, Müllerə qoruma lazım deyil, çünki o, Trampın xüsusi prokuroru işdən çıxaracağına inanmır.

Baş prokuror Ceff Şessns da aprelin 26-da Trampın giley-güzəranı dəstəkləyib. Vaxtilə prezident onu özünü Rusiya istintaqından kənara çəkdiyinə görə tənqid edirdi.

"Prezident narahatdır. O, hər gün Fransa, Şimali Koreya, Suriya, vergilər, sərhədin nizamlanması, cinayətkarlığın yoluna qoyulması ilə məşğuldur. Mən də bu işin bitməsini arzulayıram. Onun məyusluğunu, Amerika xalqının məyusluğunu anlayıram”, – senator deyib.(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...