Azərbaycandan AŞPA-ya ETİRAZ

Azərbaycandan AŞPA-ya ETİRAZ
"Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf istiqamətində önəmli addımlar atıb. Xüsusilə Avropaya inteqrasiya, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı ölkəmizin həyata keçiridiyi uğurlu siyasi kursun ana xəttini təşkil edib. Təəssüf ki, Avropadakı bəzi dairələr, o cümlədən AŞPA zaman-zaman Azərbaycanın uğurlarına qara eynəkdən baxır, öz hesabatlarında qərəz, ədalətsizlik və qeyri-obyektivliyə yol verir. Qurumun son hesabatı da ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır”. 

Sfera.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. O, qeyd edib ki, bu cür hesabatlar bir daha onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar siyasəti hələ də davam edir: "Qərbdə elə bir tendensiya formalaşıb ki, guya bunlar bir sıra hallarda bəzi dövlətlərin daxili işlərinə müdaxilə edə və onları yönləndirə bilərlər. Bu cür müdaxilələr zamanı onlar etirazla üzləşəndə dərhal demokratiya, insan haqları pərdəsi altında gizlənən "təzyiq maşını” işə düşür. Başlayırlar hesabatlar yaymağa, nağıllar danışmağa. AŞPA və bizimlə təzyiq dilində danışmağa cəhd edən digər qurumlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan müstəqil siyasət yürüdür, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurur. Bizimlə zor dilində danışmaq olmaz. Ona görə də bu cür hesabatlar cəmiyyətdə narazılıqla qarşılanır, AŞPA-nın ünvanına haqlı olaraq sərt tənqidlər səsləndirilir. Azərbaycan Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək. 

Əgər bu, tendensiya halını alaraq belə davam edəcəksə, Azərbaycana qarşı ikili standartlarla yanaşıb, qərəzli mövqe nümayiş etdirəcəklərsə, antiazərbaycan qüvvələrin əlində alətə çevriləcəklərsə, bu qurumun fəaliyyəti, obyektivliyi sual altında qalacaq. Belə olan halda hesab edirəm ki, Azərbaycan Avropa Şurasının üzvlüyündə qalıb-qalmamaq məsələsini yenidən nəzərdən keçirməli, öz qəti mövqeyini ortaya qoymalıdır”.(qafqazinfo)
 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...