MHP sədri: "Prezident köməkçisi olmayacağam"

Dünya
16:15 / 27.04.2018
3063
Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı prezidentin köməkçisi olmayacağını açıqlayıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP sədri Dövlət Baxçalı bu addımının səbəbini isə belə izah edib:
"Prezident köməkçisi olmayacağam, hökumətdə də yer almayacağam. Əks halda öncədən dediklərimizi əməllərimizlə inkar etmiş olarıq".
MHP sədri bildirib ki, bəzi qüvvələr partiyaya qarşı bölücü siyasət apararaq fitnə-fəsad törətməkdə maraqlıdır:
"18 martda ən böyük qurultayını keçirən MHP seçkilərkə bağlı hazırlıqlarını da tamamlamaq üzrədir".