Türkiyədə İŞİD əmiri həbs olundu

Dünya
19:16 / 27.04.2018
3366
Türkiyənin İzmir şəhərində İŞİD liderlərindən biri həbs olunub.
Sfera.az xəbər verir ki, bu haqda Anadolu agentliyi məlumat yayıb.
Həbs olunan şəxs Suriyanın Deyr-zz-Zor şəhərində qruplaşmaya rəhbərlik edib.
Əmir və onun adamları Türkiyəyə qaçqın adı altında keçmək istəyərkən həbs olunublar.
İlqar
Sfera.az