Rusiya “İsgəndər” raketlərini açıq satışa çıxardı - Azərbaycan da alacaq?

Rusiya “İsgəndər” raketlərini açıq satışa çıxardı - Azərbaycan da alacaq?
Rusiyanın "Rostex” dövlət korporasiyası elan edib ki, "İsgəndər” operativ-taktiki raketlərinin ixrac variantını açıq satışa çıxarır.
 
Sfera.az xəbər verir ki, korporasiyanın beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov raketləri "geniş çevrədə ölkələrə” təklif edəcəklərini bildirib. O, qeyd edib ki, "İsgəndər” raketləri bundan əvvəl heç vaxt ixrac edilməyib, amma onların ixracına sərt embarqo da heç vaxt qoyulmamışdı.

Xatırladaq ki, Rusiya "İsgəndər” raketlərinin ixrac üçün nəzərdə tutulmayan "İsgəndər-E” variantını (250 km. mənzilli) Ermənistana verib. "İsgəndər-M” isə bu raketlərin ixrac variantıdır, 300 kilometr və daha çox mənzilə malikdir.

Rusiya Ermənistana "İsgəndər” raketləri verdikdən sonra Azərbaycan həm raketdən və havadan müdafiə sistemlərini təkmilləşdirmək üçün bir sıra müasir silah sistemləri əldə edib. Həm taktiki-texniki göstəriciləri "İsgəndər”lərə yaxın olan raketlərin əldə edilməsi üçün tərəfdaş ölkələrlə işləyib. Bu günlərdə məlum olub ki, Belarus göstəricilərinə görə "İsgəndər” raketləri ilə müqayisə olunan "Polonez” raket komplekslərinin ilk ixrac partiyasını (cəmi 10 kompleks, hərəsində 8 raket daşıyan konteyner olmaqla) 2018-ci il ərzində Azərbaycana çatdırmağa hazırlaşır. Bu raketlərin mənzili 300 kilometrdir.

Habelə Azərbaycanın Rusiyadan "İsgəndər” raketlərini də almağa maraq göstərdiyi istisna deyildi. İndi "Rostex” bu raketləri açıq bazara çıxarırsa onların Azərbaycana satılması üçün maneə də qalmır.

Xatırladaq ki, aprelin əvvəllərində Ermənistan mətbuatı Rusiyanın bu ölkəyə üçüncü güzəştli silah krediti ayırmağa və həmin kredit çərçivəsində "çoxlu sayda "İsgəndər” raketləri” verməyə hazırlaşdığı haqda xəbərlər yayılmışdı. İddia edilirdi ki, raketlər Azərbaycanla sərhəddə yerləşdiriləcək.(Virtualaz.org)


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...