“Arxanızda Amerika var, görüm türklərlə bacaraqsınızmı?”

Dünya
15:08 / 27.04.2018
3133
Rusiyalı politoloq Aleksandr Duqin kürdlərlə bağlı jurnalistlərə maraqlı açıqlama verib.
Sfera.az xəbər verir ki, rusiyalı ekspertə "ABŞ PKK , YPG və PYD kimi qruplaşmalara dəstək verir, onların həmçinin, Rusiyanın yaxşı əlaqələri var. Maddi yardım və sursat alırlar. Bu qruplaşmalar Türkiyənin düşməni deyil?”, deyən jurnalistin fikirlərinə etiraz edib.
Duqin deyib ki, bu həqiqət deyil, Rusiyanın bu qruplaşmalara təsiri yoxdur. Onlar ABŞ strategiyasının alətlərdir-həm Suriyada, həm İraqda:
"Afrində əməliyyat başlamazdan əvvəl kürdlələ görüşdük, bizlə hər hansı təmasdan imtina etdilər ki, arxamızda Amerika var. ABŞ onlara kömək edirsə, görüm türklərlə necə bacaracaqlar”.
Duqin deyib ki, kürdlər indi başa düşüb ki, amerikalılar onları yarı yolda tək qoyub:
"Biz Suriyanın gələcəyi barədə dostlarımız Türkiyə və İranla danışacağıq. ABŞ isə bu torpaqları tərk etməlidir".
İlqar
Sfera.az