"Azərbaycan prezidentinin Ankaraya səfəri Türkiyə cəmiyyətində çox müsbət dəyərləndirilir" - XİN rəsmisi

12:55 / 27.04.2018
3911
"Azərbaycan prezidentinin Ankaraya səfəri Türkiyə cəmiyyətində çox müsbət dəyərləndirilir".
Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Hami Aksoy bildirib.
Türkiyə XİN rəsmisi prezident İlham Əliyevin bu addımının Azərbaycan-Türkiyə qardaşlığına növbəti töhfə olduğunu söyləyib:
"Qarşıdan gələn seçkilərdə cənab Ərdoğan da prezident seçilərsə, ilk səfərini Azərbaycana edəcəyini bildirib. Hesab edirəm ki, bu məsələ artıq Azərbaycan və Türkiyə arasında ənənə halına gəlib. Bu da Azərbaycan və Türkiyə cəmiyyətlərində çox xoş qarşılanır. Biz qardaş ölkələrik. Bu cür addımlar xalqlarımızı daha da sıx birləşdirir".
Orxan Bəşirov
Sfera.az