İsraildən İrana təhdid: “Tehranı yerlə-yeksan edəcəyik”

Dünya
12:26 / 27.04.2018
3182
İsrail müdafiə naziri Aviqdor Liberman hər cəhdlə Suriyada iranlılardan ibarət orduların yaradılmasına mane olacaqlarını açıqlayaraq rəsmi Tehranı hədələyib.
Sfera.az xarici mediaya istinadə xəbər verir ki, Liberman "İsraili təhdid edən İranın Suriyadakı bütün hərbi alaylarını yerlə yeksan edəcəyik", - deyə bildirib.
Liberman hər hansı bir dövlətlə müharibə vəziyyətində qalmaqdan məmunun olmadığını da vurğulayıb.
"Ancaq buna baxmayaraq, İran Təl-Əvivə hücum edərsə, bu zaman biz də Tehranı vuracağıq".
Baş nazir bu vaxtadək İranın Suriyadakı xərcləri haqda da danışıb. O bildirib ki, İran Suriyada 13 milyard dollar xərcləyib: "İran Hizbullah, Həmas, İslami Cihad təşkilatlarına illik olaraq 2 milyard dollar vəsait xərcləyib”.
İranda hakim rejimin son günlərini yaşadığını və ABŞ-ın nüvə sövdələşməsindən çəkiləcəyi halda İranın iqtisadi baxımdan da çökəcəyini proqnozlaşdıran baş nazir Fələstinlə olan münasibətlərə də toxunub. O bildirib ki, iki ölkə arasında olan problemlər yalnız Fələstin və İsrailin deyil, bütün regionun iştirakı ilə həllini tapacaq. Bununla da Liberman İsrail – Ərəb sülhünün iki dövlət tərəfindən bərpa olmasının mümkünsüzlüyünü ifadə edib:
"Hazırda bu istiqamətdə gedən prosesləri müsbət qiymətləndirirəm. Doğru istiqamət seçilib”.
Nigar Məhərrəm
Sfera.az