Koreya liderlərindən GÖZLƏNİLMƏZ ADDIM - Ağac əkdilər, sərhəddi əl-ələ keçdilər və... - FOTO

Koreya liderlərindən GÖZLƏNİLMƏZ ADDIM - Ağac əkdilər, sərhəddi əl-ələ keçdilər və... - FOTO
Xəbər verdiyimiz kimi Şimali Koreya lideri Kim Çen İn ilə Cənubi Koreya prezidenti Mun Çje İn bir araya gəlib. 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Panmunjomdakı "Atəşkəs kəndi"ndə görüşən liderlər proqramlarında yer almayan addım atıblar. 

Belə ki, onlar iki ölkə arasındakı sərhəddi əl-ələ keçiblər. 

Cənubi Koreya torpaqlarına ayaq basan ilk Koreya lideri olan Kim Çen İn "yeni bir tarix başlayır", deyib. 

Daha sonra Kim Çen İn gözlənilməz addım ataraq həmkarından Şimali Koreyaya ayaq basmasını xahiş edib. Mun Çje İn isə bu xahişi geri çevirməyib və tarixi bir addım atıb - sərhədi keçərək şəkil çəkdirib.  

İki lider daha sonra birlikdə ağac əkib. Onların əkdiyi şam ağacının yanına üzərində "bura sülhü və dirçəlişi əkirik", yazısı olan abidə qoyulub. 

Lalə Nəsirova
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...