Abutalıbov kabinetini boşaltdı - Mer sürpriz isim ola bilər

Abutalıbov kabinetini boşaltdı - Mer sürpriz isim ola bilər
Sabiq  BŞİH rəhbəri Nazirlər Kabinetində 17 il əvvəlki görəvini icra edəcək; onun yerinə kim gələcək?
 

Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin müavini vəzifəsinə təyin olundu. Abid Şərifovun hökumətdəki yerini tutan H.Abutalıbov  yenə də Bakıdakı tikinti-söküntü işlərinə, Bayılda və digər ərazilərdə sürüşmə zonalarındakı vəziyyətə cavabdeh olacaq.   
 
   
Yada salaq ki, A.Şərifov istefaya göndərilməmişdən bir neçə gün əvvəl  "Sovetski” adlanan ərazidə yeni söküntülərin başlayacağının anonsunu vermişdi.
A.Şərifov demişdi ki, ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlandırılıblar. Mayın əvvəlindən "Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq. Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. A.Şərifovun bu görəvini indi H.Abutalıbov icra edəcək. Yeri gəlmişkən, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər də baş nazirinin müavini vəzifəsində çalışıb. Onun mer təyinatından sonra bu postu A.Şərifov tutub. Yəni prinsipcə, Abutalıbov köhnə iş yerinə və görəvinə qayıdıb.
 

Məlumata görə, H.Abutalıbov artıq kabinetini boşaldıb və sabiq merin əşyaları Nazirlər Kabinetinə daşınıb. İndi diqqətlər həm də Bakı meriyasında H.Abutalıbovun boşalan yerinə  kimin təyin ediləcəyinə yönəlib.
 

Modern.az saytının məlumatına görə, hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq Fidumə Hüseynova rəhbərlik edir. Məsələ burasındadır ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 3 vəzifə var - başçı və iki müavin. Amma hazırda başçı və bir müavin vəzifəsi boşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov ötən ilin iyununda vəfat edib və onun yerinə də hələ  təyinat olmayıb. R.Pənahov  2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə Hüseynova 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. O, uzun illərdir ki, BŞİH müavin postundadır. 2003-cü ilin yayında H.Əliyevin sərəncamı ilə müavin vəzifəsindən azad edilərək Binəqədiyə icra başçısı təyin edildi. Amma cəmi ik il sonra-2005-ci ildən yenidən BŞİH-ə qaytarıldı.  
 

BŞİH-ə təyinatın ləngiməsi ilə bağlı ən müxtəlif iddialar var. Məlumdur ki,  Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi.
 

Müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, hələ də müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonunda yaradılıb. Amma Bakı Şəhər Bələdiyyəsinin yaradılması yubanır. Yaxın illərdə də Bakı Şəhər Bələdiyyəsinin yaradılması real olmadığı üçün təyinatın gecikməsinin, şübhəsiz ki, bununla  əlaqəsi yoxdur.

Mer  postuna ən müxtəlif adamların adı çəkilir.  Məsələn, bir iddiada deyilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi  Bayramov mer ola bilər. O, həm də  gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. SOCAR-ın vitse-prezidentlərindən birinin bu vəzifəyə gətiriləcəyi də deyilir.   Səbayel RİH-in başçısı Eldar Əzizov, Nəsimi RİH-in başçısı Asif Əsgərov və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyevin adı da son günlər daha çox çəkilir. 
 
    
Amma prezidentin son təyinatları bir daha göstərdi ki, medianın bu istiqamətdə cəhdləri əbəsdir. Bu səbəbdən də mer postuna sürpriz isim gətiriləcəyi daha çox gözləniləndir. Amma kim?   //"Yeni Müsavat”
 

OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...