İki Koreya lideri arasında tarixi görüş - FOTOLAR

09:14 / 27.04.2018
5932
Koreya Respublikasının prezidenti Mun Ce-in ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında tarixi görüş yerli vaxtla səhər 9:30-da başlayıb.
Sfera.az "Rosbalt.ru"-ya istinadən xəbər verir ki, KXDR lideri Kim Çen In və onu müşayiət edən nümayəndə heyəti iki ölkə arasında demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsinin Cənubi Koreya hissəsindəki "Sülh” sarayında keçiriləcək görüş üçün cənub tərəfə keçiblər.
Mun Ce-in deyib ki, Panmuncom sülh simvolu olacaq və öz növbəsində Kim Çen İni alqışlayıb.
Kim Çen İn isə həmkarına və junalistlərə bldirib ki, bura açıq və səmimi diskussiya aparmaq üçün gəlib.
Bu,1950-1953-cü illər Koreya müharibəsindən sonra Şimali Koreya liderinin cənub ərazisinə ilk səfəridir.