İş adı ilə camaata 20 min manat “atdı”

İş adı ilə camaata 20 min manat “atdı”
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun məhkəməsi keçirilib. 

Sfera.az bildirir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahid, həkim Fərman Həsənov istintaqa verdiyi ifadəsini təsdiqləyib. 

Zərərçəkmiş Ağaxan İbadov işə düzəltmək üçün 3500 manat verdiyini, amma S.Əhmədovun qaytarmadığını deyib.

Şahid Vüqar Qurbanov 2500 manat verdiyini, Seymurun 2 min qaytardığını deyib. 

Rasim İbişov deyib ki, qohumu Samir Qasımovu "bp"yə işə düzəltmək üçün verdiyi puldan ona heç nə qaytarılmayıb. Rəşid Cənnətəliyev də dostunu "bp" yə sürücü düzəltmək üçün 2500 manat verdiyini bildirib. 

S. Əhmədova pul verən şəxslər rüşvət məqsədi ilə verdiyi üçün zərərçəkmiş yox, şahid kimi tanınıblar. 

Qeyd edək ki, S.Əhmədov "bp" neft şirkətinə işə düzəltmə adı ilə 6 nəfərə qarşı 20 min manata yaxın ziyan vurub. (qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Məşhur türkiyəli müğənniyə ağır İTKİ - FOTO

Türkiyəli məşhur müğənni Ercan Saatçinin ailəsində ağır itki olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial şəbəkə hesa...

Bu rayonda qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCA...

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq həkimi Asəf Hümbətov vəfat edib. ...

Gəlinlə eyni gəlinlik geyinən qayınana bütün məclisi bərbad etdi - FOTO

Gənc cütlüyün həyatının ən xoşbəxt günü qayınananın davranışı ucbatından qalmaqalla bitib. Qadın mərasimə gəlinin paltarından demək olar ki, fərqlənməyən qar ki...

9 illik münasibətinə son qoyan Keti Perri keçmiş Baş Naziri ilə birlikdə görüntüləndi

Məşhur pop ulduzu Keti Perri ötən gecə Kanadanın baş naziri Castin Trüdo ilə rahat şam yeməyində görüntülənib. Orlando Bloom ilə 9 illik münasibətinə son qoyan ...

Kəlbəcərdə zəlzələ oldu

Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət...