Ermənistanda bir neçə nazir və qubernatorlar da istefa verdi

Dünya
16:26 / 26.04.2018
2682
Ermənistanda Daşnakstyun Partiyasından olan bir neçə nazir və qubernatorlar istefa veriblər. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanın "news.am” saytı məlumat yayıb.
Mənbənin yazdığına görə, bunlar ərazi idarəetmə və inkişaf naziri David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Artsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyandır.
Xatırladaq ki, Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyaları davam etdirilir. N. Paşinyan bütün sürücüləri yerli vaxtla 12:05 radələrində avtomobilləri dayandırıb yolları bağlamağa çağırıb.