“Bu sözlər müsəlmanlar üçün təhqirdir" - Xamneyi

Dünya
16:17 / 26.04.2018
2655
İranın ali lideri Ayətullah Əli Xamneyi bütün müsəlman ölkələrini Birləşmiş Ştatlara qarşı birləşməyə çağırıb.
Sfera.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, o bu baradə Milli Televiziyada bəyanat verib.
"İran ABŞ və diğər onu alçaltmaq istəyən dövlətlərə qarşı müfəffəqiyyətlə mübarizə aparır".
Əli Xamneyi bu bəyanatı Donald Trampın "Yaxın Şərq bizim köməyimiz olmasa, bir həftə duruş gətirə bilməz” sözlərinə reaksiya olaraq verib.
İran dini lideri bildirib ki, bu sözlər müsəlmanlar üçün təhqirdir.
Sfera.az