Pendir qutusunda narkotik keçirən azərbaycanlı gömrükdə saxlanıldı - VİDEO

Pendir qutusunda narkotik keçirən azərbaycanlı gömrükdə saxlanıldı - VİDEO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.

Komitədən Sfera.az-a verilən məlumata görə, Tehran-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı İsgəndərov Arif Zərqulu oğlu gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatında yoxlanılıb. Bu zaman monitorda əks olunan təsvirlər gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaradıb.

Bu səbəbdən yükün içərisindəki ərzaq mallarının arasında olan ağzı yapışqanla bağlı 3 ədəd qaymaq və 1 ədəd pendir qutularına vizual baxış keçirilib. Nəticədə, qutuların hər birində kəskin iyə malik, qəhvəyi rəngli, islanmış vəziyyətdə olan narkotik vasitəyə oxşar maddə aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, cəmi dörd qutuda aşkar olunan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və ümumi təmiz çəkisi 1 kq 20 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.
 
 
]



OXŞAR XƏBƏRLƏR

Məşhur türkiyəli müğənniyə ağır İTKİ - FOTO

Türkiyəli məşhur müğənni Ercan Saatçinin ailəsində ağır itki olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial şəbəkə hesa...

Bu rayonda qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCA...

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq həkimi Asəf Hümbətov vəfat edib. ...

Gəlinlə eyni gəlinlik geyinən qayınana bütün məclisi bərbad etdi - FOTO

Gənc cütlüyün həyatının ən xoşbəxt günü qayınananın davranışı ucbatından qalmaqalla bitib. Qadın mərasimə gəlinin paltarından demək olar ki, fərqlənməyən qar ki...

9 illik münasibətinə son qoyan Keti Perri keçmiş Baş Naziri ilə birlikdə görüntüləndi

Məşhur pop ulduzu Keti Perri ötən gecə Kanadanın baş naziri Castin Trüdo ilə rahat şam yeməyində görüntülənib. Orlando Bloom ilə 9 illik münasibətinə son qoyan ...

Kəlbəcərdə zəlzələ oldu

Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət...