Məktəbliləri gözləyən TƏHLÜKƏ - Valideynlər, mütləq OXUYUN!

Məktəbliləri gözləyən TƏHLÜKƏ - Valideynlər, mütləq OXUYUN!
Xəbər verdiyimiz kimi ötən gün Ağsu rayonunda məktəbdə qidadan zəhərlənmə faktı qeydə alınıb.  
 
Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. Xəstə təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Bu ilk belə hadisə deyil. Bundan öncə də məktəblilərin zəhərlənmə faktı qeydə alınıb. Bu isə o deməkdir ki, məktəb bufetlərində satılan məhsullar şagirdlərin həyatı üçün böyük təhlükə mənbəyidir.

"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüsseynov da Sfera.az-a açıqlamasında belə deyib:

"Yoxlama, nəzarət olmayan yerdə nə istəsəniz tapa bilərsiniz."Yoxlama” verilişinin çəkilişləri sayəsində bəlli oldu ki, hətta körpələr evində də murdar heyvan ətləri bişirilir. Dörd il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetlərinin standartlarını hazırladı. Bununla da bufetlərdə satılan bəzi məhsulların satışına qadağalar qoyuldu.Qadağa olunan məhsullar sırasında cipsilər, energetik içkilər, "Coca – Cola”, "Fanta”, bir sıra kolbasa növlərinin adı var idi”. 

E.Hüseynovun sözlərinə görə, müşahidələr məktəb bufetlərinin 80 faizinin bu standartları gözləmədən satışı həyata keçirdiyini göstərir:

"Bu gün məktəb bufetlərində satılan qidaların təhlükəsizliyinə heç kəs zəmanət vermədiyi üçün zəhərlənmə halları baş verir. Bu vaxtadək bir dəfə də olsa hər hansı bir həkim vətəndaşın kütləvi istehsaldan zəhərlənməsi haqda rəsmi sənəd verməyib. İstehlakçı zəhərlənib dünyasını dəyişdikdə deyilir ki, öz səhvi ucbatından bu hadisə baş verib. Bu gün ölkədə bu sahədə çox ciddi problemlər var. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu problemləri həllini tapacağını gözləyirik”
 
Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...