Bank Respublika-da mühüm irəliləyişlər - MƏNFƏƏTƏ ÇIXDI

Bank Respublika-da mühüm irəliləyişlər - MƏNFƏƏTƏ ÇIXDI
Bank Respublika 2018-ci ilin I rübü ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.

Bankdan "Marja”ya daxil olmuş məumata görə, Bankın həyata keçirdiyi uğurlu strategiya nəticəsində bir çox göstəricilərdə irəliləyişlərə nail olunub.

Belə ki, ilk rübün nəticələrinə əsasən 211 min manat həcmində xalis mənfəət əldə edilib. Bundan başqa, Bank aktivlərinin həcmini 10%-ə yaxın artıraraq 739 milyon manata çatdırıb.

Məlumatda qeyd edilir ki, xidmət səviyyəsinin yüksəldilməsi, həyata keçirilən çox saylı məhsul kampaniyaları və rəqəmsal bankçılıq kanallarının inkişafı nəticəsində banka etibar edən müştərilərin sayında, eləcə də həm depozit, həm kart, həm də kredit portfelində artım baş verib. Kredit portfelində baş vermiş artım əməliyyatların avtomatlaşdırılması ilə kredit verilməsi prosesinin sürətləndirilməsi, sənədləşmənin asanlaşdıırlması və kredit şərtlərinin cəlbedici edilməsi ilə bağlıdır.

KAPİTALI YENİDƏN ARTIRILACAQ

Bankın səhmdarları 2018-ci ilin əvvəlində nizamnamə kapitalını artıraraq 67,5 milyon manata çatdırıb. Mart ayında keçirilmiş Səhmdarlarının Ümumi Yığıncağında isə, Bankın cari nizamnamə kapitalının növbəti dəfə də artırılmasına dair qərar qəbul olunub və bu prosesin qısa müddət ərzində həyata keçirilməsi gözlənilir.

"SINAQDAN MÜVƏFFƏQİYYƏTLƏ KEÇDİK"

"Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov əldə edilən uğurlu nəticələri belə şərh edib:

"2017-ci il maliyyə sektoru və bizim üçün sınaq ili idi. Düşünürəm ki, biz bu sınaqdan müvəfəqiyyətlə keçdik. 2018-ci ilin ilk rübünün nəticələri sübut etdi ki, Bankın seçdiyi və həyata keçirdiyi strategiya doğru idi. Bankın uğurlu nəticələr əldə etməsində ən böyük pay sahibi isə, bizim yorulmadan çalışan gənc və istedadlı kollektivdir. Bank Respublika bundan sonra da müştəri məmnuniyyətini əsas tutaraq yeni, innovativ və faydalı layihələr həyata keçirəcək”.

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin son iclasınıngündəliyi

Milli Məclisin 29 dekabrda keçiriləcək son iclasının gündəliyi açıqlanıb.   "Unikal" xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxi...

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı-Astara, Bakı-Bərdə, Bakı-Qax, Bakı-Şəki, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Ağdaş, Bakı-Kürdəmir, Bakı-Cəlilabad, Sumqayıt-Göyçay, Gəncə-Lənkəran...

Müğənninin jurnalist qardaşı evdə ölü tapıldı

Türkiyəli müğənni Yaşar İpekin qardaşı Işık İpek yaşadığı evdə ölü tapılıb.   Sfera.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun ölüm səbəb...

"Təyyarəyə kənar müdaxilə olub" - Rəşad Nəbiyev

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyev...

Təyyarə qəzasından sonra Bakıya gətirilmiş yaralıların son vəziyyəti açıqlandı

"Təyyarə qəzasından sonra Azərbaycana gətirilmiş bir nəfərə sabah osteosintez əməliyyatı icra olunacaq".   Sfera.az xəbər verir ki, bunu &l...

Qəzadan qəlpə yarası ilə qurtulan sərnişin danışdı - VİDEO

Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan sərnişin təyyarəsinin daha bir canlı şahidi danışıb.   Sfera.az xəbər edir ki, zərərçəkən bu barədə AzTv-yə d...