554 ukraynalı hərbçi intihar edib

Dünya
11:48 / 26.04.2018
2352
Donbasda antiterror əməliyyatları başlayandan indiyədək 3,8 min ukraynalı hərbçi həlak olub.
Sfera.az xəbər verir ki, bu haqda Ukraynanın baş hərbi prokuroru Anatoliy Matios öz "Facebook” səhifəsində yazıb:
"Ukraynanın cənubunda aparılan əməliyyatlarda 326 min hərbçi iştirak edib. 8489 nəfər yaralanıb, 3784 nəfər həlak olub".
Matios deyib ki, veteranların psixoloji reabilitasiyası ilə ölkədə heç kim məşğul olmur. Ona görə bu pis nəticə verir. 554 ukraynalı hərbçi intihar edərək dünyasını dəyişib.
İlqar
Sfera.az