Paşinyan Ermənistanda baş nazir postuna namizəd oldu

Dünya
20:45 / 25.04.2018
9137
Ermənistanın "Yolk” müxalifət fraksiyası baş nazir postuna Yerevandakı etiraz hərəkatının başçısı, deputat Nikol Paşiyanın namizədliyini irəli sürüb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
"Yolk” fraksiyası və ona bağlı olan "Sarukyan” bloku hazırda Ermənistan parlamentində 40 mandata malikdir. Hökumət başçısının seçilməsi üçün 53 deputatın səsi tələb olunur.