Bu işi görən dünyanın ilk trilyonçusu olacaq - FOTO

Bu işi görən dünyanın ilk trilyonçusu olacaq - FOTO
Kosmos mədənçiliyi gələcəyin ən çox gəlir gətirən sahələrindən biri olacaq.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, "Goldman Sachs" şirkəti bu barədə apardıqları araşdırmaların nəticələrini açıqlayıb. 

Bildirilib ki, təkcə Günəş sistemindəki asteroidlərdə milyardlarla dollar dəyərində təbii sərvət var.

Mütəxəssislərin fikrincə, kosmos mədənçiliyi planetimizdəki iqtisadi mənzərəni tamamilə dəyişəcək.
 
Hazırda NASA-nın kosmos aparatı göndərərək  təbii sərvətlərindən yararlanmaq istədiyi astreodin iqtisadi dəyəri 10 min katrilyon dollardır.

NASA bunu bacara bilsə, dünya iqtisadiyyatı böhran yaşayacaq. Çünki  200 kilometr eni olan həmin asteroid iqtisadi baxımdan bütün dünyadan daha dəyərlidir.  Hazırda dünya iqtisadiyyatının ümumi dəyəri 73.7 trilyon dollardır.

Ancaq iş orasındadır ki, NASA nikel, dəmir və qızılla zəngin olan həmin asteroidddən bu metalları dünyaya necə gətirəcəyini bilmir. 

Ancaq araşdırmalar davam edir. NASA-nın 2026-cı ildə bu hədəfinə çatacağı düşünülür. 

Qeyd edək ki, indiyə kimi asteroidlərdən dünyaya sadəcə bir dəfə, 2010-cu ildə toz hissəcikləri gətirilmişdi. 

Elm adamları transfer prosesini asanlaşdırmaq üçün asteroidləri xüsusi texnologiyanın köməkliyi ilə Dünyaya yaxınlaşdırmağı planlaşdırırlar. Hətta bir neçə asteroidin birləşdirilərək ikinci bir Ay kimi Dünyanın ətrafında qalmasını təmin etmək də planlar arasındadır. 

Lalə Nəsirova
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...