Rusiya AŞPA-dan çıxa bilər

Dünya
11:20 / 25.04.2018
1965
AŞPA sədri Turbern Yaqland bildirib ki, Moskva təşkilatın büdcəsinə pul ödəmir və buna görə cavab tədbirləri ola bilər.
Sfera.az xəbər verir ki, Rusiyalı senator Aleksey Puşkov "Twitter” səhifəsində Yaqlanda cavab yazıb:
"AŞPA "tədbir” görməkdənsə, Rusiyanı necə qaytarmağı fikirləşməlidir. Fikirləşməlidirlər ki, Rusiyanın təkcə ödədiyi üzvlük haqqını yox, özünü də itirə bilərlər".
Qeyd edək, ki, AŞPA-dakı Rusiya heyətnin fəaliyyəti Krımın ilhaqından sonra məhdudlaşdırılıb. Buna görə Rusiya AŞPA-nın büdcəsinə 2017-ci ildən pul ödəmir.
Nəticədə təşkilatın büdcəsində 33 milyon avroluq kəsir yaranıb. AŞPA kağıza, işçilərə, hətta kirlənmş xalçaların təmizlənməsinə belə qənaət edir.
İlqar
Sfera.az