Paşinyan Karapetyanla görüşmədi - YENƏ MİTİNQ OLACAQ

10:51 / 25.04.2018
2628
Baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan və "məxməri inqilab"ın lideri, "Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan arasında görüş baş tutmayacaq.
Sfera.az xəbər verir ki, bu haqda "NEWS.am " saytına "Vətəndaş müqaviləsi” partiyasının mətbuat xidməti Tiqran Avinyan məlumat verib.
Görüş bu gün 11:00-da baş tutmalı idi. Ancaq Paşinyan jurnalistlərə deyib ki, Respublikaçılar partiyasından heç kim baş nazir postuna namizəd olmayacaq.
Bu gün 19:00-da Paşinyanın tərəfdarları yenə Respublika meydanında toplaşacaqlar.
İlqar
Sfera.az