“Terrorizmə qarşı vahid ordu yaradılsın!” - Təklif

“Terrorizmə qarşı vahid ordu yaradılsın!” - Təklif

“Bu gün dünya ölkələri terrorizmin, vandalizmin əsirinə çevrilib və bu, türkdilli ölkələrin terrorizmə qarşı birgə mübarizə üzrə vahid ordusunun yaradılması zərurətə çevirib”.“

Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ankarada xeyli sayda insanın təlafatı ilə nəticələnən dəhşətli terror aktını şərh edərkən “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Emil Hüseynli deyib. E.Hüseynlinin fikrincə, terrorizmin bu qədər ayaq açmasının başlıca səbəbi illərdən bəri davam edən ikili siyasət və maraqlar uğrunda mübarizənin açıq müstəvidə aparılmasıdır.QHT rəhbərinin sözlərinə görə, son dövrlər baş verən terror hadisələri onu göstərir ki, dünya ölkələri, siyasi liderlər terrorizmə qarşı birgə mübarizəni gücləndirməlidirlər və bu mübarizə səmimiyyət üzərində qurulmalıdır: “Bu gün nə qədər ki, terrora məruz qalan ölkə ilə terrorçu ölkələr adı ilə çağrılmayacaqsa, terroru dövlət siyasətinə çevirən rejimlərə qarşı amansız mübarizə aparılmayacaqsa, terror aktları qaçılmaz olacaq. İstər qonşu, qardaş Türkiyə, istər Azərbaycan olsun, terrordan əziyyət çəkir. Siyasi güclər Türkiyəni bu cür çirkin əməllərlə sarsıtmaq istəyirlər. Həmçinin, Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanın terrorist rejiminin qurbanına çevrilib. 

Təəssüflər olsun ki, dünya birliyinin mövqeyi nəinki terrorizmin qarşısını almağa, əksinə regionda terrorçuluğun inkişafına xidmət edib”.QHT sədri hesab edir ki, nə güclü Türkiyəni, nə Azərbaycanı bu cür çirkin əməllərlə sarşıtmaq mümkün deyil: “İstər Azərbaycan, istər Türkiyə olsun demokratik inkişafın modeli kimi bəzi qüvvələri narahat edir və bu üzdən cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirlər”.


OXŞAR XƏBƏRLƏR