Xəsarət alanların sayı 35 faiz azalıb
Cəmiyyət
08:10 / 14.10.2015
1463
İş yerlərində əməyin mühafizəsinin təmin olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən həyata keçirilən təsirli nəzarət tədbirləri cari ilin yanvar-sentyabr aylarında da uğurla davam etdirilib.“Qafqazinfo”ya daxil olan məlumata görə, hesabat dövründə qeyd olunan tədbirlər ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının cari ilin 9 ayında da azalmasına imkan yaradıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 30 faiz azalaraq 112-yə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 92 faiz azalaraq 2-yə enib. Bu hadisələr nəticəsində xəsarət alanların sayında isə 35 faiz azalma qeydə alınıb. İstehsalat qəzalarının əsasən tikinti, emal, energetika, mədənçıxarma, nəqliyyat və s. sahələrdə baş verdiyi müəyyən olunub.