Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi

Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
Əllərin qeyri-ixtiyari titrəməsi - əslində Parkinson xəstəliyinin simptomudur. Qəfildən yaranır, çox insanları qorxudur. Lakin bu xəstəlik əllərin titrəməsinin səbəblərindən yalnız biridir.

Sfera.az medicina.az-a istinadən bildirir ki, müəyyən dərəcədə əllərin əsməsi normal insan üçün normal haldır. Belə tremor geniş yayılıb. Fizioloji titrəmə adlanan bu tremoru yaradan və gücləndirən səbəblər çoxdur, əksəriyyəti həyat tərzi ilə əlaqədardır.

1.Yorğunluq - istirahət və yuxu pozulması səhər tezdən insanın əlində titrəmə verə bilər. Xüsusən çay, qəhvə hazırlayanda, stəkan tutanda bu hiss olunur. Bir də axşamlar yatmazdan əvvəl başlaya bilər.
2.Kofein - həddən artıq kofeinli içkilər qəbulu əlləri əsdirir. Sutkalıq doza 300 mü-dan çox olmamalıdır.
3.Stress, həyəcan - psixoloji əsmə verir.
4.Bəzi dərmanlar - hormonal dərmanlar, antidepressantlar, litiy kimi preparatlar əllərin əsməsinə səbəb ola bilər.

ESSENSİAL TREMOR

Əgər yuxarıdakə səbəblər olmadan əllər əsirsə, o zaman vaxt itirməyib həkimə getmək lazımdır. Essensial əsçə xoşxassəlidir, ağır olmayan genetik xəstəlikdir, adətən 50-60 yaşdan sonra başlayır.
Essensial tremorda əgər əllər dinc vəziyyətdədirsə, iş görmürsə əsmir, amma elə ki, hərəkət etməyə, yazı yazmağa, ya fincana su alanda əsməyə başlayır.
Ekspertlər bu növ tremoru sinir sistemini daimi pozulması ilə izah edir, 25 nəfərdən 1-ni tutur və dünyada geniş yayılmış xəstəlikdir. 50 yaşlarında başlaylb, ahı dövrdə güclənə bilər. Əllərlə yanaşı titrəmə səsdə də hiss olunur. Vəziyyət elə də ağır deyil, amma diaqnozun qoyulması çox vacibdir, çünki Parkinson xəstəliyini istisna etmək lazımdır.

Parkinson titrəməsi- hətta sakit halda da ola bilər. Zamanla bədənə sirayət edir, yerişi dəyişir. Üz mimikası az hərəkətli olur, səs isə boğucudur. Belə xəstələr daim fikirli və kədəli görünür.

İstənilən əl titrəməsində müalicə nevroloq tərəfindən təyin olunur.

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...