6 nazirlik ləğv olundu?

6 nazirlik ləğv olundu?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu gün Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.

Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin əvvəlki tərkibini idarə heyətinin 7 üzvü, 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edirdi.

Hazırda Prezidentin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində idarə heyətinin 7 üzvündən 5-i təyinat alıb və belə görünür ki, baş nazirin 6 müavinindən ikisi ixtisar edilib. Belə ki, Elçin Əfəndiyev, İsmət Abbasov, Abid Şərifov təyinat almayıb, əvəzində isə Bakı meri Hacıbala Abutalıbov baş nazir müavini vəzifəsinə gətirilib.

Həmçinin 18 nazirlikdən də Səhiyyə, Mədəniyyət, İdman, Ekologiya və Təbii Sərvərlər, Təhsil, Müdafiə Sənayesi olmaqla, 6 nazirliyə təyinat yoxdur.
 
/axar.az

OXŞAR XƏBƏRLƏR