Yeni kənd təsərrüfatı naziri İnam Kərimov kimdir? - DOSYE

18:07 / 21.04.2018
16536
Prezident İlham
Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam
imzalayıb.
Sfera.az xəbər verir ki,
siyahıda kənd təsərrüfatı naziri Heydər
Əsədov yox, Inam İmdad oğlu
Kərimov göstərilib.
Inam İmdad oğlu Kərimov
6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində
Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın
Indiana ştatında Richmond High School-da təhsilini davam etdirib.
1995-ci ildə
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsinə qəbul olub.
1999-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr,
2000-2002-ci illərdə isə Sorbonne Universitetində hüquq üzrə magistr təhsili
alıb və magistr elmi dərəcəsinə yiyələnib. 2007-ci ildən Sorbonne
Universitetinin ("Korrupsiyaya qarşı mübarizədə şəffaflığın rolu"
mövzusunda doktorluq işi üzrə) doktorantıdır.
2012-ci ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilmişdi.
Ailəlidir, iki övladı var.