“Qarabağ” – “Beşiktaş” matçının tarixi açıqlandı

İdman
15:56 / 21.04.2018
9163
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin "Beşiktaş” klubunun prezidenti Fikrət Orman Bakıya gəlib.
Sfera.az "Yenicag.az"a istinadən xəbər verir ki, o, Azərbaycanda olan "Beşiktaş” azarkeşləri ilə görüşüb. Fikrət Orman görüş zamanı, "Beşiktaş” komandasının sentyabr ayında Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Bakıya gələcəyini deyib. Səfər çərçivəsində "Beşiktaş” "Qarabağ” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, qarşılaşmasentyabrın 15-də keçiriləcək.