Kredit almaq istəyən tələbələrə müjdə - Yeni fond yaradılır

Kredit almaq istəyən tələbələrə müjdə - Yeni fond yaradılır

Bu ilin sonunadək Azərbaycanda Maarifçi Fondu yaradılacaq. 

Sfera.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin prezident İlham Əliyevin iştirakı ilə keçirilən iclasında deyib.Nazir bildirib ki, fond Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaq. Həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaq.Nazir ali təhsil müəssisələrinə qəbulun keyfiyyətinin yüksəlməsinə də toxunub. Onun sözlərinə görə, ümumi təhsildə əldə olunmuş uğurlar ali məktəblərə qəbul planında müəyyənləşdirilmiş minimal keçid balını son illərdə ilk dəfə olaraq aşağı salmamaq barədə qərar qəbul olunmasını mümkün edib.“Bununla belə, qəbul olunanların sayı keçən illə müqayisədə, demək olar, eyni olub, abituriyentlərin orta balı 11 faiz artıb, cari ilin məzunlarının orta balı isə əvvəlki ilə nisbətən 22 bal artaraq 250 bal təşkil edib. 500 və daha yuxarı bal toplayan abituriyentlərin xüsusi çəkisi 2012-ci ildə 4,8 faiz təşkil edirdisə, bu il həmin göstərici 7,6 faiz olub”.


OXŞAR XƏBƏRLƏR