Sərxoş icra başçısı şəhidləri söydü - Azərbaycanda

Sərxoş icra başçısı şəhidləri söydü - Azərbaycanda
Beyləqan rayonunda icra başçısı Vaqif Abdullayev tərəfindən döyülən Rahil Əliyev Sfera.az-a bu haqda məlumat verib.

Baş verən hadisələri nəql edən R.Əliyev bildirib ki, gecə saat  00-30 radələrində icra başçısı polis rəisi ilə birlikdə son sərxoş halda gələrək mühafizə etdiyi əraziyə gələrək onu təhqir edib: 

"Məni təhqir etməyə başladı. Daha sonra da ölümü söydü. Dedim biz şəhid ailəsiyik, dedi sənin şəhidinin gorunu... Sonra da üstümə gələrək üzümə möhkəm yumruq zərbəsi vurdu. Çox sərxoş olduğu üçün məni vurandan sonra özü də yıxıldı”. 

O Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevlə aralarında baş verən hadisənin nədən qaynaqlandığı haqda da danışıb: 

"Bir aydan artıqdır ki, rayonda Beyləqan Olimpia Kompleksinin tikintisinə başlanılıb. Tikinti gedən ərazidə kiçik qardaşımla birgə gözətçi işləyirdim. Həmin vaxt meydança ərazisində qazıntıdan çıxarılan beş ədəd dəmir boru var idi. Həmin boruları başçının özünün göstərişi ilə meydançanın geyinib-soyunma otağına qoymuşdum. Sonra rayonda konsert keçirildiyi üçün və incəsənət xadimlərinə maneçilik törətdiyi üçün həmin boruları meydançaya, yəni, digər tikinti materialları yığılan əraziyə qoymalı olduq. Bir neçə gün sonra göstərişlə tikinti aparan şirkətin başqa şirkətlə əvəz olunması barədə məlum aldıq. Başçı isə boruların ərazidən götürülməsi barədə rayonun Bələdiyyə sədrinə göstəriş vermişdi. Bir gün əraziyə nəzər yetirən zaman həmin borunun orada olmamasını görüb bələdiyyə sədri Novruz Quliyevlə əlaqə saxladım. O danışıq zamanı borunun onlar tərəfindən aparılmadığını bildirdi. Daha sonra mənə bəlli oldu ki, borular 90-JX-380 dövlət nömrə nişanlı "Shagman” markalı yük maşını ilə təmirə (çox günman ki, rənglənməyə) aparılıb. Mən dərhal məlumatı Novruz müəllimə bildirdim. O da bununla razılaşdı.

Demək olar ki, yeriyə bilməyəcək həddə kefliydilər. Polis rəisi ilə birlikdə içəri girdilər. Sən demə polis rəisi Füzuli Şıxəliyev telefonla zəng edib qardaşım İlkin Əliyevi də çağırıb. Qardaşım gəldikdən sonra başçı rəisə dedi ki, "bu banditlərin hər ikisini apar at içəri".

Qardaşım başçıdan nə üçün belə etdiyini soruşanda o bizi boru oğurluğu ilə ittiham elədi. Və başladı söyüşə... Daha sonra şəhid dayımın goruna söydü. Sonra da üz nahiyəmə bərk yumuruq zərbəsi endirdi. Burnumdan şiddətli qanaxma başladı. Həmin vaxt rayonun bələdiyyə sədri Novruz Quliyevi də ora çağırmışdı. Bizimlə birgə Novruz müəllimin də ünvanına təhqir edici və alçaldıcı söyüşlər yağdırırdı. Mən yerdə qanın içində olmağıma baxmayaraq polis rəisi ilə birlikdə başladılar yenidən döyməyə”. 

R.Əliyevin sözlərinə görə əraziyə bulaşan qanın təmizlənməsi üçün polis rəisi ora 10 nəfərə yaxın polis rəisi çağırıb:
 
"Bizi polis şöbəsinə gətirdikdən sonra mənə tibbi yardım göstərilməyi xahiş etdim. Ancaq iki saata yaxın həkim çağırmadılar. Həmin vaxt təxminən 1 litrdən artıq qan itirmişdim. Tibbi yardım göstərildikdən sonra qanaxmam qismən dayandı. Təxminən, gecə saat beş radələrindən sonra (Məsələyə Gənclər İdman Nazirliyi qarışandan sonra) bizi evə buraxdılar”. 

Onun sözlərinə görə, baş verən hadisədən sonra onun şikayət etməməsi üçün ona 5 min manat pul təklif edilib:

"Məsələ ictimailəşdikdən sonra isə demək olar ki, hadisədə adları çəkilən "kürsü sahibləri” ailənin qapısına ard-arda "elçilər” göndərməyə başlayıblar. Rayonda hörmət sahibi olan hərkəsi xahişə göndərir. Hətta burnumun əməliyyatı və beş min manat pul da təklif olunub. Amma razılaşa bilmərəm. O mənim üzümə qarşı cəbhədə şəhid olan dayımın goruna söyüb”.
 
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...