Deputat: “Artur Rasizadə yenə də baş nazir ola bilər”

Deputat: “Artur Rasizadə yenə də baş nazir ola bilər”
"Artur Rasizadə Azərbaycanda məmur əxlaqı məktəbinin banisidir”. 

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Fəzail İbrahimli bildirib. 

Fəzail İbrahimli bu fikirini Milli Məclisdə çıxışı zamanı da söylədiyini deyib:

"Mənim bu fikrimə kimsə etiraz edə də bilər. Bu onların öz işləridir. Ancaq fikrimdə qalıram. Bəzən Artur müəllimi yaşına görə tənqid edirlər və sairə. Ancaq hər birimiz gəlib o yaşa çatacağıq. Ümumiyyətlə, yaş məsələsinə qarışmaq olmaz. Ölkə prezidenti onunla ünsiyyətdə olur, onun bacarığına bələddir. Əgər Artur müəllimin gücü tükənibsə, bundan ən çox ölkə başçısı narahat olardı. Çünki bu qarşıya qoyulan məqsədlərə çatmaq üçün görülən işlərə mane ola bilər. Deməli, baş nazirin gücü-qüvvəsi tükənməyib ki, bu gün o vəzifədədir. Əgər gələcəkdə onun bu işi davam etdirmək imkanı olarsa, güman edirəm ki, Artur Rasizadə yenə də baş nazir ola bilər. Artur müəllim şəxsən mənim Azərbaycan məmurları içərisində ən çox hörmət etdiyim məmurlardan biridir. Yenə deyirəm ki, o baş nazirlik vəzifəsindən getsə, ona can sağlığı, qalsa, gələcək fəaliyyətində uğurlar arzu edəcəm”.

Professor qeyd edib ki, nəfsinə qalib gələn və ağılla hərəkət edən insan vəzifədə olmalıdır

"Onun Baş nazir olub-olmayacağı isə ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Hətta, prezident onu yenidən baş nazir kimi təsdiqləsə, mən bunu alqışlayacam".


Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...