Devid Bekhemdən 18 illlik həyat yoldaşına ad günü sürprizi - FOTO

Devid Bekhemdən 18 illlik həyat yoldaşına ad günü sürprizi - FOTO
Dünyaca məşhur futbolçu Devid Bekhem həyat yoldaşı, modelyer Viktoriya Bekhemə süpriz ad günü təşkil edib.
 
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 ildir Viktoriya ilə evli olan Devid həyat yoldaşına səhər yeməyi hazırlayıb. Süfrədə onun övladları ilə birgə bişirdiyi meyvəli tort da olub. 4 övladının və hazırladıqları sürprizin şəklini "Instagram"dan paylaşan futbolçu bunları yazıb: 
 
"Bu gənc xanıma xoşbəxt illər arzulayıram. Möhtəşəm anadır”.
 
Viktoriya Bekhem isə öz növbəsində onun üçün hazırlanan tort və hədiyyələri paylaşaraq "Şanslı anayam. Bütün övladlarımı öpürəm. Səni sevirəm, Devid Bekhem”, yazaraq ərinə cavab verib.

Qeyd edək ki, cütlüyün 3 oğlan və bir qız övladları var.

Şükufə Süleymanlı
Sfera.az

OXŞAR XƏBƏRLƏR