Fransa Bəşər Əsədə bu cür hücum edəcək – 17 il əvvəlki...

Dünya
14:04 / 19.04.2018
3538
Bu gün Fransa hökuməti də 2001-ci ildə ölkə başçısı tərəfindən Bəşər Əsədə verilən şöhrət ordenini geri almaq qərarına gəlib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, "Legion d” ordenini geri almaq üçün artıq işlərə start verilib.
Atasından sonra hakimiyyətə gələn Əsədə bu orden 17 il öncə, onun Fransaya səfəri zamanı verilib. Əsəd həmin vaxt 5 ulduzlu nişanlardan ən yüksəyi hesab edilən "böyük xaç”la təltif olunub.
Daha öncələr bu nişan Mussolini, Qəddafi, Çavuşeski kimi digər şəxslərə də verilib.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Trampın qərarı ilə ABŞ, İngiltərə və Fransa Suriyaya hücum edərək İŞİD və Hizbullaha məxsus olan bir neçə məntəqəni bomardman etdi. Bunun ardından bir çox ölkələr də qurulmuş ittifaqa dəstəklərini nümayiş etdirdilər. Suriyaya qarşı hücumlar hələ də davam edir.
Nigar Məhərrəm
Sfera.az