"Koza Nostra" və "Kamorra" mafiyalarına zərbə

Dünya
13:29 / 19.04.2018
3411
İtaliyanın cənubunda 3 şəhərdə mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend-in məlumatına görə, Siciliya vilayətinin Trapani şəhərində "Koza Nostra" mafiyasının 21 üzvü saxlanılıb.
Eyni zamanda, Neapol şəhərində "Kamorra" mafiyasına qarşı əməliyyat zamanı 50 nəfər saxlanılıb. Saxlanılanlara qarşı narkotik vasitələrin ticarəti, silah gəzdirmə, reket və digər ittihamlar irəli sürülüb.