Azərbaycanlı qadını döyərək öldürən sevgilisi imiş

Hadisə
13:08 / 19.04.2018
4848
Türkiyədə döyülərək öldürülən azərbaycanlı Türkay İsayevanın qatili saxlanılıb.
Sfera.az bildirir ki, 33 yaşlı Türkayın birlikdə yaşadığı 28 yaşlı sevgilisi Mertkan Öztürk qadının nərdivandan yıxıldığını deyib. Lakin tibbi ekspertiza zamanı İsayevanın döyüldüyü məlum olub. Yekun ekspertiza nəticəsindən sonra M.Öztürk məhkəmə qərarı ilə həbs edilib.
Xatırladaq ki, 2 azyaşlı övladı olan Türkay İsayeva aprelin 17-si evində ölü tapılıb. Qonşuların sözlərinə görə, onun yaşadığı evdən səhər saatlarında dava səsləri gəlib və dərhal vəziyyət polisə bildirilib. (qafqazinfo)