Ermənistan üçün uçuruma çevrilən "ittifaqlar”- Sarkisyan ittiham olunur

Ermənistan üçün uçuruma çevrilən
Belarus 2018-ci ildə 10 ədəd "Polonez” uzaq mənzilli yaylım atəşli reaktiv sisteminin ilk ixracını həyata keçirməyi planlaşdırır.
 
"Kommersant” nəşrinin verdiyi xəbərə görə, "Polonez” YARS-ların ilk tədarükünün Azərbaycana olacağı ehtimal olunur.

Belarus Müdafiə Nazirliyinə yaxın mənbənin "Kommersant”a verdiyi açıqlamaya görə, müqaviləyə əsasən çatdırmaya "Polonez” batareyasının döyüş idarəetmə maşını, yükləyici maşın və işəsalma maşını, raketlər, radiolokasiya stansiyaları və s. daxildir.

Sfera.az xəbər verir ki, bu məlumatlar Ermənistanda narahatlıqla qarşılanıb.

Düşmən ölkənin mətbuatı yazır ki, Ermənistan və Belorus MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya Birliyi və Gömrük İttifaqında bir yerdədirlər. Ancaq bu Lukoşenkonu narahat etmir.

Belarusiyanın bloqqer Aleksandr Lapşini Azərbaycana təhvil verməsi də Ermənistanda qəzəblə qarşılanmışdı.

Onlar hesab edir ki, Qazaxıstan da Belarusiya kimi ancaq Azərbaycanın tərəfini saxlayır.

Bu iki dövlət Ermənistanın Gömrük İttifaqına daxil olması zamanı qalmaqal yaratmışdılar. Qondarma Dağlıq Qarabağın da Gömrük İttifaqına daxil edilməsi mümkünsüz oldu.

2016-cı ildə aprel döyüşləri zamanı Qazaxstanın Azərbaycanı "qınamaması” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqi Ermənistanın bərk xətrinə dəydi.

İndiki halda da Rusiyanın Belarusiyaya nəsə söz deməsinə ermənilər inanmır. Çünki Azərbaycana silah ixracatçılarından ən başlıcası elə Rusiyanın özüdür. 
Ümumiyyətlə, son dövrlərdə KTMT daxilindəki ölkələrin münasibətlərində problemlər var.

Rusiya və Belarus açıq ticarət müharibəsi aparırlar. Kənd təsərrüfatı mallarına qadağa qoyulan Minsk yeni bazarlar axtarır.

Rusiyanın Qazaxıstanla münasibətləri də çat verir. Kremlin sevimlisi olan Salavyovun verilişində Qazaxıstanın kiril əlifbasından imtinası müzakirə olundu, qazaxların keçmişinə lağ edildi. 

Üstəlik Putinin "Qazaxıstanın heç vaxt dövlətçliyi olmayıb” deməsi də iki ölkə münasibətlərinin üstündən soyuq küləklər əsdiyinə işarədir.

Bu səbəblərə görə, erməni mətbuatı MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya Birliyi və Gömrük İttifaqı kimi proyektləri "ölü" proyekt hesab edir.

Bu gün mitinqlərə çıxanlar Sarkisyanı bu ittifaqlara qoşulmaqda suçlu sayır. Bu ittifaqlar Ermənistanı onsuz da qorumur, üstəlik onlardan çıxmaq da olmur.
Əslində "sahib-vassal'' münasibətini ifadə edən "ənənəvi Ermənistan-Rusiya münasibətləri'' Ermənistan üçün məlum səbəblərdən dərin bir uçuruma çevrilib və bundan qurtulmaq üçün rəsmi İrəvanda nə siyasi iradə, nə də praqmatik və konstruktiv mövqe nümayişi tendensiyası hiss olunur.

Analitik Şöbə
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Elgiz ailə həyatından danışdı: "Çox peşmanam"

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.   Sfera.az xəbər verir ki, bu haqda proqramında bəhs edən aparıcı yaşadığı peşmançılıqdan söz açıb:...

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...