TANAP-ın istifadəyə veriləcəyi tarix DƏQİQLƏŞDİ - Layihənin 93.5 faizi tamamlanıb

TANAP-ın istifadəyə veriləcəyi tarix DƏQİQLƏŞDİ - Layihənin 93.5 faizi tamamlanıb
Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinin 93.5 faizi tamamlanıb.

Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

 

30 iyunda istismara verilir


O, TANAP-ın istifadəyə veriləcəyi tarixi də açıqlayıb:

 

"30 iyunda klapanı açaraq təbii qaz nəqlini həyata keçirməyi planlaşdırırıq”.


TANAP-ın Cənub Qaz Dəhlizinin ən önəmli hissəsini təşkil etdiyini bildirən S.Düzyol Azərbaycan qazını İtaliyaya qədər aparacaq olan "Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin tamamlanmasından sonra real mənada uğurun əldə ediləcəyini deyib.

 

S.Düzyol TANAP-la əlaqəli maraqlı statistik rəqəmləri də jurnalistlərin diqqətinə çatdırıb:


"Layihə çərçivəsində 82 milyon saatlıq iş görülüb. 175 milyon kilometr yol qət edilib. 131 min ədəd (hər birinin uzunluğu 13 metr olmaqla) boru birləşdirilib. Qazıntılar zamanı daha öncə elmə məlum olmayan 9 böcək və 1 bitki növünə rast gəlmişik. 154 yerdə arxeoloji tapıntılar aşkarlamışıq”.



Rusiya qazına ehtiyac azalır


S.Düzyol TANAP sayəsində Türkiyənin Rusiya qazından asılılığının azalacağını vurğulayıb:


"Türkiyə Bakı-Tiflis-Ərzurum boru kəməri ilə Azərbaycandan ildə 6,6 milyard kub metr təbii qaz idxal edir. TANAP vasitəsilə Türkiyəyə veriləcək qaz miqdarı 12,6 milyard kub metrə çatacaq. Beləliklə, ölkənin Rusiya qazına ehtiyacı azalacaq”.

 


TANAP-ın baş direktoru layihəyə gələcəkdə İraqın da qoşula biləcəyini açıqlayıb:

 

"TANAP hazırda təkcə Azərbaycandan və onun şərqindəki mənbələrdən qaz nəql edilə biləcək şəkildə dizayn edilib. Ancaq hökumətlərin müqavilədə dəyişikliklər etməsi halında Şərqi Aralıq dənizi və İraqdan gələbiləcək təbii qazın da bu boru kəməri vasitəsilə nəql edilməsi mümkündür. Gələcək illərdə bu reallaşa bilər”.

 

İlknur Salamova

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...