Rusiyadan Suriyaya dəstək: "NATO-dakılar ayılacaqlar"

Dünya
17:13 / 18.04.2018
3258
Rusiya Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələrini təkmilləşdirəcək.
Sfera.az xəbər verir ki, bunu Dumanın deputatı Viktor Bondarev deyib.
O qeyd edib ki, bu işlər artıq başlaya bilər. Rusiyanın köməyi ilə Suriya effektli hava hücumundan müdafiə sistemlərinə sahib olacaq:
"HHQ müasir olarsa, NATO-dakı çılğın başlar özünə gəlib ayılarlar”.
Dəməşqə gecə hücumundan dərhal sonra Rusiya ordusunun baş qərargah rəisi Sergey Rudkoy Suriyaya "S-300” sistemlərinin verilə biləcəyini demişdi.
İlqar