“Bank of Baku” mənfəətə çıxdı - FOTO

“Bank of Baku” mənfəətə çıxdı - FOTO
"Bank of Baku” ASC 2018-ci ilin 1-ci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.

Sfera.az xəbər verir ki, cari ilin yanvar-mart aylarında "Bank of Baku”nun cəmi gəlirləri (faiz və qeyri-faiz) 11 milyon 913 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eynidir. Bank 2017-ci ilin 1-ci rübündə 11 milyon 955 min manat cəmi gəlir əldə etmişdi.

2017-ci ilin 1-ci rübünü 3 milyon 538 min manat zərər ilə bağlamış "Bank of Baku” 2018-ci ilin 1-ci rübünü 234 min manat xais mənfəət ilə başa vurub.

Qeyd edək ki, devalvasiyadan sonra "Bank of Baku” zərər açıqlayırdı. Bank gecikmədə olan kreditlərə görə gəlirini ehtiyatlara yönəldirdi.

2018-ci ilin 1-ci rübündə "Bank of Baku"nun mümkün zərərlərin ödənilməsi üçün yaratdığı ehtiyatlarının 22 milyon 343 min manatı gəlirə çevrilib. Ehtiyatların bir hissəsinin azad olması Bankda gecikmədə olan kreditlər probleminin səngidiyinə işarədir. Gəlirə çevrilmiş ehtiyatların böyük hissəsi xərclərə yönəldilib, həm də Bank az da olsa xalis mənfəət əldə edib.

31 Mart 2018-ci il tarixində "Bank of Baku” ASC 311 milyon 828 min manat cəmi aktivlərə, 275 milyon 656 min manat cəmi öhdəliklərə və 36 milyon 171 min manat cəmi balans kapitalına malik olub.

Bank 2017-ci ilin sonunda 399 milyon 860 min manat cəmi aktivlərə, 363 milyon 272 min manat cəmi öhdəliklərə və 36 milyon 587 min manat cəmi balans kapitalına malik idi.

Bankın müştərilərə verdiyi cəmi kreditlər ötən ilin sonundakı 197 milyon 694 min manatdan 177 milyon 829 min manata düşüb. 

Müştəri depozitləri isə 241 milyon 742 min manatdan 178 milyon 259 min manata geriləyib. Bankların və maliyyə institutlarının depoait və kreditləridə azalıb. Öhdəliklərin azaldılması aktivlərin də azalmasında əks olunub.

31 Mart 2018-ci il tarixində "Bank of Baku” 22 milyon 259 min manat məcmu kapitala malik olub.

Qeyd edək ki, "Bank of Baku” kapitalının artırılacağını elan edib.(marja.az)

OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...