Unicapital istiqrazların satışı üzrə sifarişlərin qəbuluna başladı

Unicapital istiqrazların satışı  üzrə sifarişlərin qəbuluna başladı
Unicapital İnvestisiya Şirkəti  METAK istiqrazları üzrə sifarişlərin qəbuluna başlayıb. "METAK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac aprelin 19-da Bakı Fond Birjasında keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
 
Yerləşdiriləcək istiqrazların 100% təminatçıları kimi Unibank və "METAK” çıxış edir. Emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satınalınmaya təqdim edilən istiqrazlar "Unibank KB” ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satınalınmaya təqdim edilən istiqrazların 50%-i "Unibank KB” ASC, 50%-i isə "METAK”  MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi olanlar isə (9-12 ay) "METAK” MMC tərəfindən təmin ediləcək.  

"METAK" MMC-nin yeni istiqraz emissiyasının anderrayteri Unicapital İnvestisiya  Şirkətidir. İstiqrazların say və həcmindən asılı olmayaraq, Unicapital alıcılara sərfəli komissiya təklif edir. İstiqrazları alan şəxs komissiya və pulköçürmə haqqı olaraq cəmi 5 AZN ödəyəcək. Həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir. 
Hazırda qiymətli kağızlar bazarında yerli valyutada dövriyyədə olan digər korporativ istiqrazlarla müqayisədə, bu istiqrazlar gəlirlilik baxımından öndədir. Hər kəs Unicapital İnvestisiya Şirkətinə müraciət edərək, METAK istiqrazlarını hərracda əldə edə bilər.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...