Prezident İlham Əliyevdən sərt xəbərdarlıq - VİDEO

Prezident İlham Əliyevdən sərt xəbərdarlıq -  VİDEO

" Sahibkarların fəaliyyətinə mane olanlar cəzalandırılacaq"

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılacaq. Son vaxtlar sahibkarın incidilməsi halları artıb və buna yol verənlər ciddi cəzalandırılacaq. Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı belə deyib.

Müşavirədəki yekun nitqində Prezident İlham Əliyev sahibrakarların fəaliyyətinə törədilən əngəllərlə bağlı dövlət qurumlarına sərt xəbərdarlıqlar edib. Prezident bildirib ki, əsassız yoxlamalarla bağlı çoxlu şikayətlər var.

Prezident deyib ki,yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər.

Prezident İlham Əliyev deyib ki, bu cür davranışlar dövlətin siyasətinə ziddir. İqtisadiyyatın inkişafını ciddi ləngidir. Digər bir problem də lisenziyalarla bağlıdır. Ölkədə lisenziyaların sayı azalmaq əvəzinə artır.

Prezident deyib ki, əsas problemlərdən biri də inhisarçılıqdı.Təəssüfki inhisarçılıqla mübarizədə nəticələr qənaətbəxş deyil.


OXŞAR XƏBƏRLƏR