Fransada gürcü cinayətkar qruplaşmasının azərbaycanlı qadın üzvü saxlanıldı

Fransada gürcü cinayətkar qruplaşmasının azərbaycanlı qadın üzvü saxlanıldı
Gürcüstanın Avropolla əməkdaşlığı sayəsində 16-17 aprel tarixlərində keçirilmiş "Caucase Normandie” adlı əməliyyat nəticəsində Fransa və Yunanıstanda gürcü cinayətkar qruplaşmasının 34 üzvü saxlanılıb.

Sfera.az-ın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, saxlanılanlar arasında 4 gürcü "qanuni oğru” da var. Fransada transmilli cinayətkar qruplaşmanın 15 üzvü saxlanılıb ki, onların arasında 14 Gürcüstan və 1 Ermənistan vətəndaşı olub. Yunanıstanda isə 23 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar mənzil və mağazalardan soyğunçuluq etməklə yanaşı, oğurlanmış əşyaların satışı ilə məşğul olublar.

Fransada saxlanılan Gürcüstan vətəndaşları arasında əslən azərbaycanlı olan 1970-ci il təvəllüdlü Elmira Mustafayeva adlı şəxs də var. İstintaq zamanı həyata keçirilmiş axtarışlar nəticəsində qruplaşmanın kriminal fəaliyyəti ilə bağlı dəlillər toplanıb. 

Cinayətkar qruplaşma ilə bağlı istintaq Fransa və Yunanıstanın cinayət məcəllələrinin müvafiq maddələri üzrə aparılır.  

OXŞAR XƏBƏRLƏR

Məşhur türkiyəli müğənniyə ağır İTKİ - FOTO

Türkiyəli məşhur müğənni Ercan Saatçinin ailəsində ağır itki olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial şəbəkə hesa...

Bu rayonda qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCA...

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq həkimi Asəf Hümbətov vəfat edib. ...

Gəlinlə eyni gəlinlik geyinən qayınana bütün məclisi bərbad etdi - FOTO

Gənc cütlüyün həyatının ən xoşbəxt günü qayınananın davranışı ucbatından qalmaqalla bitib. Qadın mərasimə gəlinin paltarından demək olar ki, fərqlənməyən qar ki...

9 illik münasibətinə son qoyan Keti Perri keçmiş Baş Naziri ilə birlikdə görüntüləndi

Məşhur pop ulduzu Keti Perri ötən gecə Kanadanın baş naziri Castin Trüdo ilə rahat şam yeməyində görüntülənib. Orlando Bloom ilə 9 illik münasibətinə son qoyan ...

Kəlbəcərdə zəlzələ oldu

Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət...