Gözlər Prezidentdə: Yeni baş nazir kim olacaq? - AÇIQLAMA

Gözlər Prezidentdə: Yeni baş nazir kim olacaq? - AÇIQLAMA
Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi. Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezident səlahiyyətlərinin icrasına başladığı üçün Nazirlər Kabineti tam tərkibdə istefa verdi.

Hazırda sosial şəbəkələrdə və cəmiyyətdə yeni formalaşdırılacaq Nazirlər Kabinetinin tərkibində hansı nazirlərin qalıb, hansıların gedəcəyi əsas müzakirə mövzusudur. Ən çox isə 83 yaşlı Baş nazir Artur Rasizadənin yeni formalaşacaq kabinetə başçılıq edib-etməyəcəyidir.

Sfera.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Konstitusiyaya əsasən, Prezident yaxın günlərdə baş nazirin namizədliyi ilə bağlı parlamentə müraciət edəcək:

"Parlament razılıq verdikdən sonra isə hökumətin tərkibi müəyyən edilir. Ona qədər bütün hökumət yeni təyinatlara qədər həmin vəzifənin səlahiyyətini icra edən statusda olurlar. Baş nazirliyə, yaxud da hökumət üzvlüyünə kimin namizədliyinin veriləcəyi prezidentin səlahiyyətində olan məsələdir”.

Millət vəkili Artur Rasizadə ilə bağlı aparılan müzakirələrə də münasibət bildirib:

"Artur Rasizadə Azərbaycan dövlətçiyində xidməti olan görkəmli insanlardan biridir. O öz vəzifəsinə çox məsuliyyətlə yanaşıb, üzərinə düşən vəzifənin yerinə yetirilməsində daim nümunəvi bir dövlət işçisi olduğunu göstərib. Öz fəaliyyətinə, məsuliyyətinə, dövlətçilik ənənələrinə sədaqətinə görə cəmiyyətdə böyük nüfuza malik olub”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli isə Artur Rasizadnin yeni formalaşdırılacaq hökumətin tərkibində olacağına inanmadığını bildirib:

"Bu, Artur Rasizadənin təkcə yaşı ilə bağlı deyil. Təəssüf ki, baş nazirimizin səhhəti yaxşı deyil. Gözündə ciddi problemlər var. Bu səbəbdən də öz təcrübəsindən hökumətin işində lazımınca istifadə edə bilmir. Zənnimcə, cənab Prezident Milli Məclisə baş nazir kimi yeni ad təqdim edəcək.

Daha bir gözlənti isə baş nazir vəzifəsinin ləğvidir. Çünki Nazirlər Kabineti Prezident aparatının tərkibindədir və I vitse-prezident o funksiyanı yüksək səviyyədə yerinə yetirir. Əlbəttə, bütün bunlar ehtimal və proqnozlardır. Prezident öz komandasını özü seçir və kimin hansı potensialı olduğunu da daha yaxşı bilir”.

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...