Dəhşətli xəstəliyə tutula bilərsiz... DİQQƏT
Brusellyozdan qorunma yolları
Ötən həftə Şabranda fərdi təsərrüfatların birində 7 baş mal-qara brusellyoz xəstəliyinə tutulub. Bu fakt brusellyoz xəstəliyinin heyvandan insana keçmə riskini yenidən aktuallaşdırıb. Məlumdur ki, bu xəstəliyə yoluxmuş heyvanın ağartı məhsullarından və ətindən istifadə zamanı brusellyoz insana keçə bilər. Bəs insanlar özlərini bu xəstəlikdən necə sığortalaya bilərlər?
Şabran rayonunda heyvanların brusellyoz xəstəliyinə yoluxması ölkədə cari il ərzində bu xəstəliklə bağlı aşkarlanan ilk fakt deyil. Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, bu ilin ilk 9 ayı ərzində 1017 baş iribuynuzlu, 731 baş xırdabuynuzlu heyvan bu xəstəliyə yoluxub.
Ekspertlər deyirlər ki, pendir, süd və ət məhsullarının tərkibində brusellyoz çöplərinin olub-olmamasını adi şəraitdə, yəni məhsulu alarkən müəyyən etmək mümkün deyil. Bunu yalnız laborator analizlər zamanı dəqiq bilmək olar. İnsanlar özlərini bu xəstəlikdən sığortalamaq üçün ağartı məhsullarından istifadə zamanı bir sıra qaydalara əməl etməlidirlər.
Belə məhsullar yalnız hər gün yoxlamalardan sonra Dövlət Baytarlıq Xidməti əməkdaşlarının müvafiq rəyi əsasında satıla bilər. Bununla bağlı, apardığımız müşahidələr qaranlıq məqamların olduğunu üzə çıxarıb. //xezertv
Sfera.az